Kür çayında meyit tapılıb 

23:38 04.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

Hafta.az xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.